Ziya Məmmədovun gəlini moda dəfiləsində - Fotolar

Məşhur fransız dizayneri Rolan Muren mayın 23-də Bakıya gəlib. Onun "Payız-Qış 2014" kolleksiyasının nümayişi moda həvəskarları üçün vacib hadisə olub.

AzNews.az-ın "buro247.az" saytına istinadən verdiyi məlumata görə, həmin gün kutyurye şəxsən mağazanın önündə, Le Palais Royal stilində dekorasiya edilmiş meydançada qonaqları qəbul edib. Fransız duetinin musiqi sədaları altında qonaqlara növbəti mövsümün son kolleksiyası nümayiş olunub.

Roland Mouret brendi Hollivud ulduzlarının ən sevimli markalarından biridir. Moda evi 1998-ci ildə keçmiş model Rolan Mure tərəfindən yaradılıb.

Bakının gözəlliyinə heyran olan dizayner təəssüratlarını jurnalistlərlə bölüşüb: "Bu, Bakıya ilk səfərimdir. Mən yeni ölkələrə səfər etməyi çox sevirəm. Bəxtim gətirdi ki, belə bir şəhərə səfər edə və buradan ilhamlana bildim".

Qeyd edək ki, kolleksiyanın nümayişində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı da iştirak edib.

AzNews.az
image description image description image description