- Köhnə - Cəmiyyət
- 24 İyul 2014 09:49
- 4 330
Rafiq Hüseynov: “Çətin günlərimi arxada qoydum”
Rafiq Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, özünü çox yaxşı hiss edir və növbəti dəfə müayinədən keçmək üçün avqustda Türkiyəyə gedəcək.
R. Hüseynov işə çıxdığını və müalicəsinin effektinin olacağına ümid etdiyini də qeyd edib: "Hazırda iş başındayam. Mənə elə gəlir ki, çətin günlərimi arxada qoydum".
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.
Bahar Rüstəmli
AzNews.az