İran və ABŞ arasında Hörmüz yaxınlığındakı toqquşmalar dayanıb

İran və ABŞ silahlı qüvvələri arasında Hörmüz boğazı yaxınlığında baş verən qarşıdurmalar dayanıb.

Aznews.az xəbər verir ki, Bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl “Fars” agentliyi son bir saat ərzində İran və ABŞ arasında Hörmüz boğazı yaxınlığında bir neçə toqquşmanın baş verdiyini yazmışdı.