- Rusiya və İran
- 01:35
- 1 766
Tehranda gecə partlayışları: Hava hücumundan müdafiə sistemləri işə düşdü
İranın dövlət xəbər agentliyi IRNA Tehranın qərbində hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bildirib.
Məlumata görə, bundan əvvəl iki güclü partlayış səsi eşidilib.
Şahidlər isə Iran International telekanalına Tehranın qərbində yerləşən Çitqar bölgəsində bir neçə partlayış səsi eşitdiklərini deyiblər. Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mövsüm,
AzNews.az