- Toplum
- 13:50
- 2 568
"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB
"Azərişıq" ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub.
AzNews.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
İddialara görə, qurumun bəzi əməkdaşları maaşların gecikdiyini bildiriblər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur.
Qeyd olunub ki, əməkdaşların maaşları hər zaman olduğu kimi vaxtında ödənilir:
"Heç bir maaş gecikməsindən söhbət getmir. Bizim əməkdaşlar həmişəki kimi maaşlarını vaxtında alırlar", - deyə açıqlamada bildirilir.