- Dünyanın halı
- 13:53
- 2 293
Ərzaq qiymətləri son 3 ilin maksimumuna yüksəlib
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirib ki, aprel ayında dünya üzrə ərzaq qiymətləri son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. Buna səbəb kimi İranla bağlı müharibə və Hörmüz boğazı ətrafındakı problemlər fonunda bitki yağlarının bahalaşması göstərilib.
FAO-nun baş iqtisadçısı Maksimo Torero artan enerji qiymətlərinin bitki yağlarından istehsal olunan bioyanacaqlara tələbi artırdığını deyib.
O əlavə edib ki, münaqişəyə baxmayaraq qlobal kənd təsərrüfatı təchizat sistemi nisbətən dayanıqlı qalıb və taxıl qiymətləri mövcud ehtiyatların yüksək olması səbəbindən yalnız məhdud şəkildə artıb.
Mövsüm,
AzNews.az