- Köhnə - Cəmiyyət
- 6 Avqust 2014 16:53
- 4 437
Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı
AzNews.az saytı xəbər verir ki, 36 minədək abituriyent ali məktəblərin hansı ixtisasına qəbul olduğunu artıq TQDK-nın açıqladığı nəticələrdən öyrənə bilər. İmtahanın nəticələri az sonra TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.
Hələliksə abituriyentlər imtahanın nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənirlər.
AzNews.az