- Köhnə - Cəmiyyət
- 27 Avqust 2014 18:22
- 2 679
Zakir Həsənov Rumıniyada səfərdədir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdən sonra Müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub. Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.
AzNews.az