- Köhnə - Cəmiyyət
- 29 Avqust 2014 14:07
- 3 071
Şeyx Gürcüstanın “Şərəf” ordeni ilə təltif olundu
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub.
APA-nın məlumatına görə, ali mükafatı Tiflisdə səfərdə olan Şeyxülislama Gürcüstan prezidenti Georgi Marqvelaşvili təqdim edib.
Allahşükür Paşazadənin Azərbaycan və Gürcüstan, etnik xalqlar arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə təltif edildiyi bildirilib.
AzNews.az