- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2014 09:50
- 5 226
34 ölkənin 200 şirkəti Bakıda - Hərbi sərgi keçirilir

Bakıda Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) öz işinə başlayıb.
AzNews.az-ın məlumatına görə, mərasimində müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək, Azərbaycan müdafiə sənayesinin keçdiyi yola nəzər salıb.
Mərasimə prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı Elçin Quliyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, yüksək rütbəli zabitlər, xarici ölkələrin hərbi qurumlarının nümayəndələri qatılıb.
Daha sonra rəsmi qonaqlar nümayiş olunan məhsullarla tanış olublar.
Xatırladaq ki, sentyabrın 11-dən 13-dək davam edəcək ADEX-2014 dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
AzNews.az