- Köhnə - Cəmiyyət
- 26 Sentyabr 2014 07:24
- 4 053
Bakıda bir nəfər xilas edildi

Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər xilas edilib.
AzNews.az xəbər verir ki, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki qonşu mənzildən xüsusi alət və avadanlıqlqlar vastəsilə 4-cu mərtəbənin eyvanına enərək mənzilə daxil olublar.
Xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib.