- Köhnə - Cəmiyyət
- 29 Sentyabr 2014 17:35
- 4 288
Bu dəfə helikopterlərlə döyüş uçuşları keçirildi

Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçirib.
AzNews.az Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla, quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışlar icra ediblər.AzNews.az