Həsənin meyiti artıq Bakıdadır- VİDEO

Ermənilər Kəlbəcərdə girov götürdükləri və öldürüldüyü barədə məlumat yaydıqları Həsən Həsənovun meyitini nəhayət qaytardılar. Öz ata babasının qəbrini ziyarət etmək üçün doğma torpaqlarına gedən və burda vəhşicəsinə öldürülən Həsən Həsənovu sonradan Qarabağda dəfn eləmişdilər. Az əvvəl həmin meyit Bakıya çatdırıldı.

ANS TV-nin məlumatına görə, iyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürərək girov götürdükləri Həsən Həsənovun nəşi uzun danışıqlaradan sonra Azərbaycana bu gün səhər verildi. Proses cəbhənin Ağdam istiqamətində baş tutub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Müdafiə Nazirlyinin və Beynəlxalq Qızı Xaç Komitəsinin əməkdaşlarının vasitəçliyi ilə proses insidensiz başa çatıb. Və meyiti gətirən maşın birbaşa Bakıya gəldi.

Meyit Azərbaycan tərəfə tabutda təhvil verilib.

Həsən Həsənovun nəşi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə gətirildi. Meyit ekpertizadan keçiriləcək və bununla da meytin Həsən Həsənovun məxsus olduğu dəqiqləşdiriləcək. Həmçinin onun hansı şəraitdə öldürüldüyü də bəlli olacaq.

Birliyin sədri Şakir Musayevin ANS-ə verdiyi açıqlamaya görə, ekspertizanın nəticələri bir müddət sonra tam olaraq açıqlanacaq: "Hazırda müayinə gedir, görək əldə etdiyimiz məlumatlar hansı imkanlar daxilindədir, tam həllini tapmasa sözsüz ki, bu 20 - 1 ay müddətində çəkəcək".

Ermənilər öldürdükləri Həsən Həsənovu Dağlıq Qarabağda dəfn etdiklərini bildirmişdilər. Dəfndə müşahidəçi qismində iştirak edən nümayəndənin sözlərinə görə, dəfn zamanı meyitə hörmətlə yanaşılmışdı.

Komissiyanın işçi qrupunun rəhbəri Eldar Səmədov qeyd edir ki, bu hadisə cənab prezidentin, Ali baş Komandanın diqqət mərkəzində id: "Eyni zamanda baş verən hadisə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədrinin və Qaçqın və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun diqqət mərkəzidə idi. Uzun müddət aparılan iş nahayət ki, öz səmərəsini verdi".

Həsən Həsənov ölüdürülərkən onun yanında Dilqəm Əsgərov və Şahbaz Quliyev daha iki azərbaycanlı olmuşdu. Onlar hələ də girovluqdadırlar. Ata babalarının qəbirlərinin ziyarət üçün doğma torpaqlarına gedən vətəndaşlarımızı ermənilər indi dünyaya diversant kimi təqdim etməyə çalışırlar. Azərbaycan hökuməti, hətta bu məsələni BMT səviyəsində müzakiəryə çıxarıb.



AzNews.az