Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ordudan tərxis olunmuş bir qrup gənc ilə görüş keçirilib. Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ordudan tərxis olunmuş bir qrup gənc ilə görüş keçirilib.

Ordudan tərxis olunmuş gənclərlə görüş keçirildi - FOTOLAR

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ordudan tərxis olunmuş bir qrup gənc ilə görüş keçirilib.


AzNews.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Milli Məclisin üzvü Mixail Zabelin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində İdarə rəisi, polkovnik Rövşən Əlvəndov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamiq Əhmədov, YAP Qaradağ rayon təşkilatının sədir Aydın Hüseynov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, müharibə əlilləri və veteranları, rayon ağsaqqalları və gənclər iştirak ediblər.

Tədbirdə edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov gənclərə belə yüksək dəyərin verildiyini bildirib: "Müasir zamanda dövlətimizin qarşısında duran çətinliklərin həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummili lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da dərinləşdirilir. Dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin vətənpərvər ruhda böyüməsi, mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsidir. Hal-hazırda bütün sahələrdə olduğu kimi qüdrətli və nizami orduya malik olmağımız məhz ulu öndər Heydər Əliyevin zəngin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev ümummilli liderin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğunda böyük nailiyyətlər əldə olunmuşdur".

Milli Məclisin üzvü Mixail Zabelin ölkə rəhbərliyinin Silahlı Qüvvələrin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu qeyd edib. Cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan hər bir gəncin mərdlik nümunəsi göstərdiyini fikrini səsləndirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Rövşən Əlvandov mərhum sabiq prezident Heydər Əliyevin SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsinə daim diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz Qafqaz regionun ən qüdrətlisidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi İdarəsinin rəisi Novruz Rəhimov isə rayon ərazisindən hərbi xidmətə gedən gənclərin hər zaman yüksək əhval ruhiyyədə yola düşməsini onların vətənə, dövlətə sadiq olmalarının göstəricisi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını, hərb sənətinə yiyələnmək üçün gənclərimizin ali hərbi məktəblərə getmələrini, vətənin müdafiəsi naminə canından keçməyə hazır gənclərin olduğunu vurğulayıblar. Bu kimi tədbirlərin keçirilməsini gənclərdə vətənpərvərliyin daha da artmasına xidmət etdiyi qeyd olundu.

Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək vətənin azadlığı uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən ordudan tərxis olunmuş gənclərə dəyərli hədiyyələr, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi biletlər, rayon İcra hakimiyyətinə və rayonun qabaqcıl orta məktəblərinə "Hər şey qələbə üçün!" adlı kitab hədiyyə olaraq təqdim edilib.
image description image description image description image description image description image description image description image description image description image description image description