Bakı Şəhər Baş Polis İdarəsi bu gün Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda Milli Şuranın keçirdiyi mitinqlə bağlı açıqlama yayıb. AzNews.az xəbər verir ki, açıqlamada deyilir: Bakı Şəhər Baş Polis İdarəsi bu gün Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda Milli Şuranın keçirdiyi mitinqlə bağlı açıqlama yayıb. AzNews.az xəbər verir ki, açıqlamada deyilir:

Bakı Şəhər Baş Polis İdarəsinin mitinq açıqlaması

Bakı Şəhər Baş Polis İdarəsi bu gün Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda Milli Şuranın keçirdiyi mitinqlə bağlı açıqlama yayıb. AzNews.az xəbər verir ki, açıqlamada deyilir:




"Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən mitinqdə həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib".

AzNews.az