Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə

Şüvəlandakı bağ davasına – DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə

AzNews.az saytının 11.10.2014-cü il tarixli xəbər buraxılışında yerləşdirilmiş "Şüvəlanda bağ davası: Polisin gözü önündə baş verən dələduzluq" adlı yazı ilə bağlı açıqlama yayıb.


AzNews.az xəbər verir ki, açıqlamada deyilir ki, Bakı şəhər sakini Leyla Həmidovanın müraciəti əsasında hazırlanmış yazıda şikayətçinin yaxın qohumları tərəfindən döyülməsi faktı ilə əlaqədar polis əməkdaşlarının heç bir iş aparmaması, az qala belə hallara guya göz yummaları barədə iddialarının heç bir əsası yoxdur.
Orxan Mansurzadə bu haqda deyilənlərin həqiqətdən uzaq olduğunu bildirib.

"Həqiqətən cari il avqustun 23-də Şüvəlan qəsəbəsində yaşayan Leyla Həmidova DİN-in "102" Xidmətinə yaxın qohumu Gültamam Mahmudova tərəfindən döyülməsi barədə müraciət edib. Dərhal hadisə yerinə Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu gedib. Bununla bağlı bölmədə araşdırma aparılıb, hər iki tərəfin, şahidlərin izahatları alınıb, təhqiqat orqanı tərəfindən ekspertiza təyin olunub. Məhkəmə-tibbi ekspertizasının rəyində Leyla Həmidovaya sağlamlığa yüngül zərər vuran xəsarət yetirildiyi göstərilib. Cinayət tərkibinin əlamətləri olduğuna görə təhqiqat orqanında toplanmış material əvvəlcə Xəzər RPİ-nin İstintaq şöbəsinə, oradan isə məsələyə hüquqi qiymət verilməsi məqsədilə rayon prokurorluğuna göndərilib", - deyə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi əlavə edib.

O. Mansurzadə əlavə edib ki, zərərçəkmiş şəxs yazıda qeyd olunduğu kimi polisə bir neçədəfə deyil, yalnız bir dəfə müraciət edib: ""102" Xidmətinə edilən bu müraciətə uyğun olaraq zəruri tədbirlər həyata keçirilib. Hesab edirik ki, şikayətçinin bu fikirləri də həqiqətdən uzaqdır".


Sözü gedən yazını BURADAN oxuya biləsiniz.