- Köhnə - Cəmiyyət
- 26 Noyabr 2014 12:45
- 4 405
“Mən serial aktyoru deyiləm” - Fuad Poladov
“Əgər deyilənlər doğru olarsa, yeni ildən çəkiliş meydanlarında olacam”.
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Fuad Poladov deyib.
O bildirib ki, yeni bir ssenariyə dəvət alıb: "Bədii filmdir, inşallah, güman edirəm ki, bekarçılığa son qoyacağıq".
Fuad Poladov vurğulayıb ki, hazırda teatrda bir-iki rolu var, onu oynayır.
Xalq artisti Azərbaycan serialları ilə bağlı da fikrini açıqlayıb: "Mən nə seriala baxıram, nə də çəkilirəm. Mən serial aktyoru deyiləm".
Bahar RÜSTƏMLİ
AzNews.az