- Köhnə - Cəmiyyət
- 10 Fevral 2015 09:34
- 9 497
“Xəstə deyiləm, evdə şeir yazıram” – Məmməd Aslan
Azərbaycanın tanınmış şairi, uzun illər telekanallarda müəllif verilişlərinin aparıcısı Məmməd Aslanın xəstəxanaya düşməsi ilə bağlı xəbər yayılıb.
Həmin xəbərdə deyilir ki, şair müalicə almaq üçün İrana gedərkən yolda yıxılıb və omba sümüyü qırılıb. Azərbaycana qayıdan publisistin yaxın zamanlarda Azərbaycanda əməliyyat olunacağı gözlənilir.
Məmməd Aslan AzNews.az-a açıqlamasında isə bu xəbərin yalan olduğunu bildirib: "Bu saat oturmuşam evimdə, səhərin bu çağında şeir yazıram. Xəstə-zad deyiləm. Onu deyən başını daşa döyür".
Şair əlavə edib ki, istənilən insan yol getdiyi yerdə yıxıla, xəstələnə bilər: "Hələ üstəlik xəstəxanaya da düşə bilər. Burda nə var ki?"
Şair yaxın zamanlarda əməliyyat olunacağı barədə deyilənlərə da münasibət bildirib: "Mən çoxdan əməliyyat olunmuşam. Vəziyyətim də əladır".
Qeyd edək ki, Məmməd Aslanın xəstəxanaya düşməsi ilə bağlı ilk məlumatı Modern.az saytı yayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az