Heydər Əliyev adına Sarayda müəllimlər günü qeyd olundu

Bakıda Heydər Əliyev adına Sarayda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva paytaxt məktəblərinin son illər əldə etdiyi uğurlardan söz açıb. BŞTİ-nin müdiri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllimlərə ünvanladığı təbrik məktubunu da oxuyub.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov təhsil sahəsinin böyük inkişafin əldə edildiyini bildirib. Hər il Müəllimlər Günü ilə bağlı dövlət tərəfindən müəllimlərin əməyinin qiymətləndirildiyini deyən M.Mərdanov hətsilin gələcək inkişafında müəllimlərin üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib. Tədbir bayram konserti ilə davam edib.

Elnarə
AzNews.az