“Azəri Gənclər Alyansı” İctimai Birliyi “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” layihəsini həyata keçirir. “Azəri Gənclər Alyansı” İctimai Birliyi “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” layihəsini həyata keçirir.

Gənc jurnalistlər üçün “Qış Məktəbi”

“Azəri Gənclər Alyansı” İctimai Birliyi “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” layihəsini həyata keçirir.


AzNews.az-ın məlumatına görə, layihə çərçivəsində nəzərdə tutulan 3 günlük "Qış Məktəbi" təlimlərinin mart ayının 13, 14 və 15-də, Quba rayonunda keçirilməsi nəzərdə tutulur.

"Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi" təlimlərində Azərbaycanın bir sıra tanınmış jurnalistlərinin ekspert qismundə iştirakı planlaşdırılır.

Qeydə edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunur.

"Qış Məktəbi" təlimlərində iştirak etmək istəyən gənc jurnalistlərə öz CV-lərini mart ayının 8-dək "Azəri Gənclər Alyansı" İctimai Birliyinin azeriyouthalliance@gmail.com internet ünvanına göndərmələri töfsiyyə olunur.