Beynəlxalq Bankdan əmanətçilərə şad xəbər

Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki şəxslər tərəfindən manatda yerləşdirilən depozitlər üzrə faiz dərəcələrini artırıb.



Modern.az xəbər verir ki, hazırda bankda manatla "Klassik" və "Multivalyuta" depozitləri üzrə faizlər aylıq ödənildikdə illik 11,2 faiz, illik olduqda isə 12 faiz təşkil edir. Eyni zamanda, 24 ay müddətinə yerləşdirilən depozitlər üzrə faiz ödənişləri aylıq olduqda 11,4 faiz, illik olduqda 12,2 faiz və müddətin sonunda olduqda 13 faizdir. 48 aylıq depozitlər üçün faiz dərəcələri müvafiq olaraq 11,8 faiz, 12,6 faiz və 15,4 faiz müəyyən edilib, 120 ay müddətinə yerləşdirilən depozitlər üçün gəlirlilik faiz ödənişləri aylıq olduqda 13 faiz, illik olduqda 13,8 faiz, müddətin sonunda isə 22,4 faiz təşkil edir.

"Klassik", Multivalyuta", "Əmanət", depozitlərində məbləğ 100 min manatdan (yaxud başqa valyutada ekvivalenti) çox olduqda faiz dərəcələrinə 0,5 faiz əlavə olunur.

Qeyd edək ki, müştərilər ABB-də 3-120 ay müddətinə depozit yerləşdirə bilərlər.