Füzulidə bir qrup qadına bayram hədiyyəsi - YAP-a üzvlük bileti

Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirilib.


Horadiz şəhərində keçirilən tədbirə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadın, şəhid anaları, imtiyazlı qadınlar qatılıb.

AZNEWS.AZ xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon qadınlarını bayram münasibəti ilə təbrik edib. O, ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışaraq rayonda qadınların təmsil olunduğu sahələr barədə məlumat verib:
"Hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda bələdiyyələrdə də uğurla təmsil olunurlar".

Tədbirdə bir qrup qadına YAP-ın üzvlük biletləri və fəxri fərmanlar verilib.

Sonda rayon Dram Teatrı tərəfindən hazırlanmış xüsusi səhnələr nümayiş olunub və bayram konserti təşkil edilib.
image description image description image description image description