Abid Şərifov: “Yeni tikilən binaların qeyriyyatı ciddi məsələdir” Abid Şərifov: “Yeni tikilən binaların qeyriyyatı ciddi məsələdir”

Qanunsuz tikililər yenidən gündəmdə

Abid Şərifov: “Yeni tikilən binaların qeyriyyatı ciddi məsələdir”



"Ötən 20 il ərzində istər indi fəaliyyəti dayanan dövlət qurumları, istər kooperativlər tərəfindən qeyri-qanuni bir çox binalar tikilib". AzNews.az xəbər verir ki, bunu Baş Nazirin müavini Abid Şərofov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azmərətəbəli bina tikintisi üçün icazə alınmasına baxmayaraq, çoxmərtəbəli binalar tikilib: "7 mərtəbəli bina üçün icazə alıb 9, 9 mərtəbəli bina üçün icazə alıb 15 mərtəbəli binalar tikiblər. Təkcə Bakıda 200-dən çox belə bina var. Bu sahədə problemlər var və hazırda bu problemin həlli yolları barədə düşünülür. Yeni tikilən binaların qeyriyyatı ciddi məsələdir".

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda heç bir antiseysmik tədbirlər görülməyib və zəlzələlərə davamlılıq nəzərə alınmayıb: "Yasamalda tikilən beşmərtəbəli binaların layihəsində də belə antiseysmik tədbirlər nəzərdə tutulmayıb. Ancaq hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu yaradılıb ki, bu qurum seysmikliyə qarşı layihələri ekspertiza edir", - A. Şərifov bildirib.

Sevinc Fədai
AzNews.az