- Köhnə - Cəmiyyət
- 3 Aprel 2015 15:53
- 17 550
Zorlanan qız danışdı: “...əllərindən zorla qaçdım” (Eksklüziv)
Xəbər verildiyi kimi, Tovuz rayonunun Əyyublu kənd sakini 20 yaşlı G.N. adlı qız 4 nəfər həmkəndlisi tərəfindən zorlanması barədə məlumat yayılıb.
Zərərçəkənin Tovuz rayon Polis Şöbəsinə müraciəti əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və nəticədə həmin şəxslərdən 3 nəfəri - Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Kənd sakinləri, eləcə də işdə adı hallanan şəxslərin valideynləri iddia edir ki, qıza qarşı heç bir zorakılıq edilməyib, görüş razılıq əsasında baş tutub. Qızın atası isə AzNews.az-a müsahibəsində qızının zorla qaçırıldığını, ona cinsi və fiziki zorakılıqların göstərildiyini deyib.
Bu arada AzNews.az-ın əməkdaşı qızın özü ilə əlaqə saxlayıb və bəzi suallara cavab alıb:
- Xanım, başınıza gələnlərlə bağlı nə deyə bilərsiniz? Həmin gün sizə zor tətbiq edən oğlanlarla harda qarşılaşdınız?
- Həmin gün saat 12-də evimizdən çıxıb nənəmgilə gedirdim. Elməddin Niyazov mənə yaxınlaşıb başımdan vurdu və zorla avtomobilə mindirdi. Avtomobildə olduğum müddətdə də elə hey məni döyürdü.
- Siz onu tanıyırdınız?
- O, bizim kəndçimizdir. Digər oğlanlardan isə yalnız birini üzündən tanıyıram. Amma o biriləri ilə telefon danışığımız olub. Mənə zəng edərək deyiblər ki, "Mənimlə danışmalısan, danışmasan, sənin şəkilini internetə qoyacağıq. Şəkilini oturduğun yerdə çəkmişik. Səni soyundurub internetə yerləşdirəcəyik". Hədə-qorxudan sonra məcbur olub danışmışam. Telefon nömrəmi də paylayıblar. Elməddin məhkəmədə boynuna aldı ki, mənim telefonunu Kamaldan alıb.
- Maşında olarkən, sizi döyərkən Elməddin nə deyirdi, nə istəyirdi?
- Heç nə demirdi. Az sonra telefonla dostuna zəng etdi. Həmin dostu da gəldi.
- İkinci gələn hansı oğlan idi?
- Kamal Məmmədov.
- Bəs, yerdə qalan iki nəfər nə vaxt gəlib?
- Onlar sonradan gəliblər, saat 16.00-da.
- Sizə qarşı hansı zorakılıqlar oldu?
- Elə hey döyürdülər. Sonra məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar. Ümumiyyətlə, onlar bir dəstə uşaq olublar. Təsdiq üçün telefonlarındakı nömrələri də yoxlaya bilərlər. Mənə qarşı dördü də zor tətbiq etdi. Ekspertizadan keçmişəm, bədənimdə xəsarət yerləri var.
- Bunu nə ilə əlaqələndirirdilər. Nə deyib döyürdülər?
- Mən onların dediyinə razılaşmırdım, ona görə döyürdülər.
- Həmin vaxt onlar sizi videoya çəkiblərmi?
- Dediklərinə görə çəkiblər, amma mən görməmişəm.
- Atanız açıqlamasında bildirib ki, guya, oğlanlar deyiblər ki, əgər hadisəni kiməsə danışsanız, sizi öldürəcəklər.
- Bəli, elədir.
- Bəs, bu 4 nəfər oğlanın əlindən necə çıxdınız? Kimsə köməyinizə gəldi?
- Yox, elə özüm əllərindən çıxıb qaçdım...
- Həmin vaxt çılpaq idiniz?
- Yox... Onlar məni döyürdülər, amma paltarım əynimdəydi, soyundurmamışdılar.
- İddia belədir ki, sizə qarşı cinsi zorakılıq olub...
- İndi çox danışa bilmirəm. Yoldayam. Evə çatım rahat danışarıq.
AzNews.az