- Köhnə - Cəmiyyət
- 4 Aprel 2015 12:30
- 2 137
Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirildi - FOTO
Nərimanov Rayon İcra Hakimiyyətinin və İDEA İctimai Birliyinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında, həmçinin rayonun digər ərazilərində ağacəkmə kampaniyası keçirilib.
AZNEWS.AZ xəbər verir ki, məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin, ümumilikdə 500 nəfərdən çox adamın yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə İtaliyadan gətirilmiş 200 ədəd Leylandra və müxtəlif növ digər ağac və kollar əkilib.
Rayonda geniş vüsət alan bu qəbildən olan tədbirlərin gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.
Qeyd edək ki, ağacəkmə kampaniyası Prezident İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq həyata keçirilir.