Heydər Əliyev prospektindəki son işlərdən Xəbər var (VİDEO)

Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.



"Azəryolservis" ASC-AzNews.az-a verilən məlumata əsasən, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.

Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.