Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, sosial şəbəkələrdə və mediada təbliği ilə bağlı lahiyəyə start verir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, sosial şəbəkələrdə və mediada təbliği ilə bağlı lahiyəyə start verir.

“Dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələdir“

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, sosial şəbəkələrdə və mediada təbliği ilə bağlı lahiyəyə start verir.

Lahiyə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək. Məqsəd ölkənin informasiya siyasətinə dəstək verilməsidir. Dövlətin informasiya təhlükəsizliyi siyasəti ilə bağlı ümumi və əhatəli maarifləndirmə siyasətinin aparılmasıdır. Milli təhlükəsizliyi təhdid edən hərbi sirr sayılan informasiyalara qarşı vahid mövqedən çıxış imkanlarının formalaşdırılmasıdır.

BMAM sədri ,politoloq Rufiz Qonaqov məsələ ilə bağlı bildirib ki, "Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görədə informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Bu hal milli təhlükəsizliyə informasiyaların cddi zərər yetirməməsi, əhalinin panik duruma düşməməsi baxımından olduqca əhəmiyyətlidir. 2014-cü ilin yayında cəbhə xəttində baş verən hadisələr zamanı sübut olundu ki, informasiya təhlükəsizliyini qorumaq üçün ictimai maarifləndirmə konpaniyasına ehtiyac vardır. Reallıqdır ki, Azərbaycanda informasiya resurslarının həm inkişafına , həm də informasiya təhlükəsizliyi siyasətinə ehtiyac vardır və bu sahədə müvafiq addımların atılması zərurəti yetişib. Bu təbii ki, dövlətin işidir və qəbul olunan qanunvericilik bazasında müxtəlif dəyişikliklər edilməsi ehtimalı çoxdur. Eyni zamanda vətəndaş cəmiyyətinin üzərinədə müxtəlif vəzifələr düşür. "

Lahiyə çərçivəsində Bakıda və bölgələrdə yerli icra hakimiyyətləri ilə birgə ictimai müzakirələr keçiriləcək.İctimai müzakirələrin sonunda isə media və yeni media təmsilçiləri, ictimai sector təmsilçiləri vətəndaş fəallarından ibarət birgə analitik qruplar yaradılacaq. Bu analitik qruplar təkliflər paketi hazırlayaraq Mərkəz rəhbərliyinə təqdim edəcək. Hazırlanan təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Görüləcək işlər içərisində maraqlı məqamlardan biri də feysbuk sosial şəbəkəsində təşkilatın (Beynəlxalq Münasibətlərin Araşdırılması mərkəzi) mövcud olan səhifəsində (istifadəçi sayı 15 min izləyici) və yaratdığı İnkişaf Qrupunda (qrup izləyicilərinin sayı 116 min) , eləcə də Vətəndaş Cəmiyyəti səhifəsi (5 min izləyici) İnkişafa Doğru səhifəsi, Aforizimlər səfihəsi (65 min izləyici) Maraqlı və Məntiqli Suallar səhifəsi ( izləyicilər 75 min nəfər) və eləcə də admin olduğu digər səhifə və qruplarda milli təhlükəsizliyi təhdid edən informasiya və dövlət sirri sayılan hərbi məlumatların yayılmasının fəsadları və dövlətin informasiya təhlükəsizliyinin qorunması mözsusunda analitik yazılar, təhlillər, informasiyaların yayılması və sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsidir.