- Köhnə - Cəmiyyət
- 14 Aprel 2015 18:17
- 2 895
Prokuror İntiqam Əliyevə çox ağır cəza istədi - 10 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəmə prosesi davam etdirilib.
AzNews.az-ın məlumata görə, məhkəmə prosesində hüquq müdafiəçisi ifadə verməkdən imtina edib.İntiqam Əliyev bunun üçün əsas olaraq, sənədlərin müsadirə olunmasını və geri qaytarılmamasını göstərib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İntiqam Əliyevin məhkəməsi prosesi 21 aprelə qədər təxirə salınıb.
Qeyd edək ki, İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.