Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident Lənkərana 4 milyon ayırdı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


AzNews.az-ın məlumatına görə, sərəncamda deyilir:

1. Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.