Xidməti fəaliyyətdə yeni qaydalar

Azərbaycanda xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi həyata keçiriləcək. Bu barədə məlumatı Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib.

Onun sözlərinə görə, bu ilin sonunda xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı qaydalar tətbiq ediləcək. 2013-cü ildən etibarən artıq bu qaydaların tətbiqi məcburi olacaq. Hazırda komissiya Dövlət Sosial Müdafiə Fondunda və Sumqayıt İcra Hakimiyyətində xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı pilot layihələr həyata keçirir.

Elnarə Əlosmanqızı
AzNews.az