- Köhnə - Cəmiyyət
- 28 Aprel 2015 12:27
- 2 599
“İşə çıxanda hiss edirsən ki, yaşayırsan” – Fikrət Qoca
Xalq şairi Fikrət Qocanın səhhətində yaranmış problemlər artıq qaydasına düşüb.
Bu barədə AzNews.az-a yazıçının özü məlumat verib.
O, Azərbaycan Yazıçılar Birliyinə işə çıxdığını vurğulayıb:
"İşə çıxıram, özümü də yaxşı hiss edirəm. İş əhval-ruhiyyəsi insana ruh verir, hiss edirsən ki, yaşayırsan".
F.Qoca işə çıxdığını bildirsə də hələ bir müddət müalicəsinin davam edəcəyini bildirib.
Xatırladaq ki, bu il fevral ayının 2-də Fikrət Qocanın vəziyyəti qəflətən pisləşib. Ürək xəstəliyindən əziyyət çəkən xalq şairi təcili olaraq müalicə üçün Türkiyəyə aparılıb.
Türkiyədən qayıdandan sonra isə şairin müalicəsi ev şəraitində aparılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az