“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi yeni layihəsinin təqdimat mərasimini keçirib. “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi yeni layihəsinin təqdimat mərasimini keçirib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni layihə

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi yeni layihəsinin təqdimat mərasimini keçirib.

AZNEWS.AZ xəbər verir ki, layihə Şəmkir bölgəsində "Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı Reabilitasiya Mərkəzinin fəaliyyətinin təşkili" adlı müsabiqənin qalibi olub.

Layihənin əsas məqsədi cəmiyyətdə sağlamlıq imkanları məhdud olan 0-18 yaşlı uşaqların cəmiyyətə inteqrasiyasının dəstəklənməsində icmanın rolunun artırılması və həmin uşaqlarda motivasiyanı artıraraq cəmiyyətə asanlıqla adaptasiya etmələrinin təmin edilməsidir.

Bu məqsədlərə nail olmaq üçün icraçı təşkilat müxtəlif sosioloji və psixoloji tədbirlərdən ibarət fəaliyyət planı hazırlayıb.

Layihə aprel 2015 – dekabr 2015 tarixinədək Şəmkir bölgəsində davam edəcək.

Layihənin icrasi zamanı valideynlərlə, inklüziv təhsil üzrə çalışan müəllimlərlə, bölgədə fəaliyyət göstərən sosial işçilərlə maarifləndirmə tədbirləri, xüsusi istedadlı uşaqların aşkarlanaraq onlar üçün müxtəlif müsabiqələrinin, ekskursiyaların və fleşmobların təşkili nəzərdə tutulur.

Layihə "Gəncə Regional Mərkəzi" İctimai birliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra ediləcək.