Azərbaycan Milli Elmlər Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağında bir sıra təyinatlar baş tutub. Təyinatlar əsasən, bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri postlarında həyata keçirilib Azərbaycan Milli Elmlər Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağında bir sıra təyinatlar baş tutub. Təyinatlar əsasən, bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri postlarında həyata keçirilib

Akademiyada təyinatlar - İki deputata yeni vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağında bir sıra təyinatlar baş tutub. Təyinatlar əsasən, bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri postlarında həyata keçirilib


Səsvermə yolu ilə Humanitar və İctimai Elmlər bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinlərinin seçkisi keçirilib.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, səsverməyə əsasən, akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva,Yaqub Mahmudov, Şahbaz Muradov, Məsumə Məlikova İctimai Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Həmçinin səsvermə nəticəsində akademiklər Tofiq Hacıyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Muxtar İmanov, Əliyar Səfərli, Ərtegin Salamzadə, Möhsün Nağısoylu Humanitar Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə bölmənin akademik-katibinin müavini seçiliblər.