- Köhnə - Cəmiyyət
- 15 May 2015 12:34
- 3 304
Spikerdən deputatlara irad: “Telefonla danışmağı yığışdırın”
Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda millət vəkillərinə irad tutub.
AzNews.az xəbər verir ki, spikerin iradına səbəb bəzi deputatların iclas zamanı mobil telefonla danışması olub. O, millət vəkillərini bir-birinə hörmətlə yanaşmağa çağırıb: "Gəlin bir-birimizə hörmət edək. Cəmi iki iclasımız qalıb. Telefonla danışmağı yığışdıraq".