- Köhnə - Cəmiyyət
- 1 İyun 2015 14:28
- 4 356
Uşaqlara hədiyyələr verildi – Nərimanovda
Nərimanov rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə rayonda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif olan uşaqlar üçün bayram şənliyi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib,
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov və digər çıxış edən tədbir iştirakçıları bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.
Bayram tədbiri incəsənət ustalarının ifaları və uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla davam etdirilib.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.