Dənizkənarı Bulvarda çayın qiyməti ilə bağlı qadağalar tədbiq olunub. Dənizkənarı Bulvarda çayın qiyməti ilə bağlı qadağalar tədbiq olunub.

Çayı 2 manatdan baha satanlar cəzalanacaq- Bulvar İdarəsi

Dənizkənarı Bulvarda çayın qiyməti ilə bağlı qadağalar tədbiq olunub.

Məlumata görə, Bulvar ərazisində fəaliyyət göstərən kafe, restoranlarda müştərilərə sadə çay 2 manata, mürəbbə ilə birlikdə isə 3 manata verməlidirlər. Çay bu qiymətdən baha olduqda isə vətəndaşlara şikayət etmək tövsiyə olunur. Bununla bağlı sosial şəbəkələrdə yayılan fotoda şikayət etmək üçün nömrələr təqdim olunub və bildirilib ki, qiymətlərdən şikayət olunarsa, baha çay verən obyekt sahiblərini cərimə ediləcək.

Məsələ ilə əlaqədar bulvar idarəsinin rəis müavini Nazim Məcidov AzNews.az-a bildirib ki, yayılan məlumatlar doğrudur: "Bu qadağalar Bulvar İdarəsi yaranandan bəri var. Bulvarda bütün kafelərdə, restoranlarda menyular var. Müştəri açır menyunu baxır, görür ki, çayın qiyməti 2 manatdır, sifariş edir, görür ki, bahadır sifariş vermir.
Sadə çay 2 manatdır. Mürəbbənin növündən asılı olaraq çayın qiyməti 3-5 manat arasında dəyişə bilər. Kimsə əgər 3 manatlıq çaya görə daha artıq qiymət tələb edirsə, vətəndaşlar idarə rəhbərliyi ilə, qaynar xəttlə əlaqə saxlayıb məlumat verə bilərlər. Qanunu pozanlar cəzalandırılacaq. Həmin nömrələr də bulvarda hər yerdə yazılıb, vurulub".


Nazim Məcidov paytaxt sakinlərini əvvəlcə menyudakı qiymətlərlə tanış olmağa çağırıb: "Əgər kimsə baha mürəbbə sifariş edib, sonra qiymət bahalığından şikayət edirsə, bu artıq düzgün deyil. Əvvəl qiymətinə baxıb, sonra sifariş etsinlər.
Şəhər sakinləri bilsinlər ki, istədikləri yerdə istədikləri məmulatı sifariş edə bilərlər, amma əvvəlcə qiymətini öyrənsinlər ki, sonradan neqativ hallarla rastlaşmasınlar".