Bəxtiyar Sadıqov: "Qəzetlər üçün korrektura sexi yaradılmalıdır" Bəxtiyar Sadıqov: "Qəzetlər üçün korrektura sexi yaradılmalıdır"

Deputat baş redaktordan şok təklif

Bəxtiyar Sadıqov: "Qəzetlər üçün korrektura sexi yaradılmalıdır"



Qəzetlər üçün vahid korrektura sexi yaradılmalıdır. Bununla bağlı təklif Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov tərəfindən irəli sürülüb.

168.az xəbər verir ki, B.Sadıqov Azərbaycan Mətbuat Şurasının keçirdiyi "Media və Azərbaycan ədəbi dilinin qorunması" mövzusundakı "dəyirmi masa"dakı çıxışı zamanı qəzetlərdə çoxsaylı hərif səhvlərinin mövcudluğunu bildirib.

Baş redaktorun fikrincə, bir sira qəzetlərin xidmətindən birgə bəhrələnə biləcəyi ayrıca korrektura mərkəzi dil xətalarının aradan qalxmasında əhəmiyyətli rol oynayardı. O, ilkin olaraq bu prosesin "Azərbaycan" Nəşriyyatında gerçəkləşdirilməsinin vacibliyini önə çəkib.

AzNews.az