- Köhnə - Cəmiyyət
- 16 İyun 2015 13:15
- 5 722
“Açılış mərasiminin həyəcanı hələ də canımdadır” – Alim Qasımov
“Birinci Avropa Oyunlarının açılış mərasimində yaşadığım həyəcanı hələ də yaşamaqdayam”.
Bunu AzNews.az-a xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov deyib.
İsveçrəyə səfərə hazırlaşan sənətkar yenə də çox həyəcanlı olduğunu bildirib: "İnanın ki, bu həyəcan hələ də canımdadır. Bunun canımdan çıxmasına isə zaman lazımdır. Hazırda isə səfərə hazırlaşıram. Orada bir günlük konsert proqramı ilə çıxış edəcəm. İnşallah, ümid edirəm ki, bu konsert Avropa Oyunlarının açılışında yaşadığım həyəcana son qoyacaq".
A.Qasımov Avropa Oyunlarının bağlanış mərasimində mütləq Bakıda olacağını vurğulayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az