Bu gün 6 saat ərzində bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq. Bu gün 6 saat ərzində bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu rayonlarda qaz olmaycaq - 6 saat

Bu gün 6 saat ərzində bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.


ARDNŞ-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Zərdab" və "Balakən", Qazax Magistral qaz kəmərləri sahəsinin "Qazaxbəyli", Astara Magistral qaz kəmərləri sahəsinin "Nərimankənd", "Avrora" və "Cəlilabad" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.