Bu marketlər müştəriləri aldadır - SİYAHI

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.



AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Binəqədi rayonunda

- M.Rəsulzadə qəsəbəsində Xalid Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Suraxanı rayonunda

- Yeni Günəşli qəsəbəsində Bibixanım Baxışovaya məxsus mağazada;
- Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 10 ünvanında Müşfiq Yolçuyevə məxsus mağazada;

Xətai rayonunda

- Qafqaz küçəsi, 15 ünvanında Səmənnaz Musayevaya məxsus mağazada;

Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 217 ünvanında Azad Cəfərliyə məxsus mağazada;

Hacıqabul şəhərində

- H.Həmidov küçəsi, 28 ünvanında Təranə Əliyevaya məxsus mağazada;

Ağsu rayonunda

- Cəlayir kəndində İslam Dursunaliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- Xocahəsən qəsəbəsi, 12/47 ünvanında Cəbrayıl Güləliyevə məxsus mağazada;

Sumqayıt şəhərində

- 47-ci məhəllə, 3 ünvanında Cəmilə Quliyevaya məxsus mağazada;

Ağstafa şəhərində

- Heydər Əliyev prospekti, 1 ünvanında Əsəd Kərimova məxsus mağazada;

Tovuz şəhərində

- H.Aslanov küçəsi, 11 ünvanında Peyman Vəliyevə məxsus mağazada;

Quba şəhərində

- Ə.Nərimanov küçəsində Araz Şahkərimova məxsus mağazada;

Biləsuvar şəhərində

- Heydər Əliyev küçəsi, 40 D ünvanında Nurəddin Mirişova məxsus mağazada;

Hacıqabul şəhərində

- Əliağa Vahid küçəsi, 53 A ünvanında Bəhrəm Cəfərova məxsus mağazada;

Yevlax şəhərində

- Nizami prospekti, 39 A ünvanında Elşad Əzizova məxsus mağazada;

Daşkəsən şəhərində

- T.İsmayılov küşəsində Tural Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.