- Köhnə - Cəmiyyət
- 10 İyul 2015 13:28
- 3 124
Sabaha olan hava Proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 21-26, gündüz 34-39 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.