Məlum olduğu kimi, dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev də son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalılığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Məlum olduğu kimi, dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev də son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalılığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

“Ən azı iki dəfə ucuzlaşsın” – Prezidentin sərt tənqid etdiyi AZAL-dan ictimai tələb

Məlum olduğu kimi, dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev də son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalılığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.


Qeyd edək ki, AZAL-dakı qiymətlərə görə, son vaxtlar vətəndaşlar Gürcüstana üz tutur və xarici ölkələrə oradan uçurlar. Əsasən gəlirləri az olan təbəqənin narazılıq etdiyi AZAL-ın qiymət siyasəti ilə bağlı görəsən, tanınmış şəxslər nə fikirləşir.

AzNews.az bununla bağlı keçirdiyi sorğunu təqdim edir:

Prezident narazıdır, Abbasov isə razı



Millət vəkili Aydın Abbasov həmişə AZAL-ın xidmətindən istifadə etdiyini və çox razı qaldığını deyib. O, qiymətlərin yüksək olması ilə bağlı məsələni AZAL-ın gənc şirkət olması ilə əlaqələndirib: "AZAL yeni yaranıb və gənc şirkətdir. Düşünürəm ki, zamanı gəldikdə Heydər Əliyev adına Hava Limanı daha çox tranzit uçuşlar edəcək və qiymətlər də aşağı enəcək".

"Qiymətlərdə mütləq dəyişiklik olmalıdır"



Deputat Fazil Mustafa isə sorğumuza cavabında bildirib ki, AZAL-ın qiymətlərindən başqa digər xidmətləri yaxşıdır: "Yeməkləri də, xidmətləri də, təyyarələri də hətta Türk Hava Yollarından daha üstündür. Təyyarələr yeni olduğundan həm rahat, həm də daha təhlükəsizdir. Amma qiymətlər baha olduğundan çox vaxt seçimi AZAL üzərindən etmək çətin olur. Mən fikirləşirəm ki, ən azı rəqabət nöqteyi-nəzərindən qiymət siyasətində mütləq baxılmalıdır. Hər kəs istəyər ki, öz ölkəsinin hava yolları şirkətinə xeyir versin. Amma çox vaxt bunu etmək olmur. Məsələn, bir Dubay şirkətinin, bir alman şirkətinin təklifləri daha əlverişli ola bilər, məcbur olub həmin pulu o ölkələrin xeyrinə işlədirsən".

"Qiymətlər həddindən artıq bahadır və bu, suallar doğurur"



"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə AZAL-la az-az uçduğunu deyib: "AZAL-ın uçuşlarından daim istifadə etməsəm də, məhz sərnişinlərə xidmət səviyyəsinin normal olması ilə üzləşdiyimi qeyd edə bilərəm. Qiymət siyasətinə gəlincə, qiymətlər həqiqətən bahadır və bəzən AZAL-ın qiymət siyasəti xeyli suallar doğurur. Məsələn, təxminən 1 il əvvəl açılmış Bakı-Nyu-York reysinə Bakıdan bilet Tiflisdən 20% baha başa gəlir, baxmayaraq ki, Tiflisdən Nyu-Yorka uçmaq üçün iki uçuş lazım olur: əvvəlcə Tiflis-Bakı, sonra isə Bakı-Nyu York. Buna baxmayaraq, Tiflisdən iki reyslə Nyu-Yorka uçmaq Bakıdan birbaşa uçmaqdan daha ucuzdur".

"Qiymət baha, xidmət zəif, yeməkləri biabırçılıq..."



"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məsələ ilə bağlı fikirlərini "Facebook" hesabında paylaşıb. O, AZAL-ın qiymətləriylə yanaşı, təqdim etdikləri yeməkləri də biabırçı adlandırıb: "AZAL həm bahadır, həm də xidməti zəifdir. Yeməkləri isə biabırçı. Bir dəfə orada sosis yedim, o vaxtdan sosis görəndə mədəm yadıma düşür".

"Biletlər ən azı 2 dəfə ucuzlaşmalıdır"



"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AZAL-da qiymətlərin həddən artıq baha olduğunu əsas gətirərək Türk Hava Yollarına üstünlük verir: "AZAL-ın razı olmadığım sahəsi qiymətlərinin baha olmasıdır. Amma təyyarələrinin keyfiyyəti digər hava yollarından geri qalmır. Yeməklərinə gəlincə isə, təyyarədı nadir hallarda yemək yediyim üçün bu barədə nəsə demək çətindir. Amma bu vaxta kimi təqdim etdikləri və yediyim yeməklərdən şikayətim yoxdur. Düşünürəm ki, qiymətləri ən azı 2 dəfə aşağı olsa daha yaxşı olar. Çünki bu qiymət bahalılığı sünidir".

Bahalı keyfiyyət



Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu da çalışır ki, "Turkish Airline"nin xidmətindən istifadə etsin: "Xidmət səviyyələri yüksəkdir. Gecə uçuşlarında çox vaxt sərnişinlərə stüardessalar yox, stüardeslər (kişi) xidmət edirlər. Servis də, təyyarənin rahatlığı da əladır. Son vaxtlar AZAL-ın xidmətindən istifadə etmədiyim üçün bu barədə nəsə deməkdə çətinlik çəkirəm. Amma məlumatlıyam ki, çox bahalıqdır".


Qiymətlər ucuz deyil, amma…



Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli təhülkəsizlik baxımından AZAL-ı seçir: "Çalışıram həmişə AZAL-la uçam. Xidmət səviyyəsini və təhlükəsizliyi yüksək hesab edirəm. Qiymətlər ucuz deyil, amma baxır hansı ölkə ilə müqayisədə. Gürcüstanla müqayisədə baha ola bilər, amma baxmaq lazımdır ki, onlar AZAL qədər keyfiyyətlidirmi?".

Nigar ETİBAR