İran sobaları nə qədər təhlükəsizdir?

Bakıda "İran peçi"adı altında sobalar istehsal edən sex aşkarlanıb. Bu barədə məlumatı, dövlət komitəsinin şöbə müdiri Mahir Yusifov verib.

Komitə rəsmisi bildirib ki, İrandan qanuni yollarla ölkəmizə gətirilən qaz sobalarında hər hansı bir problem yoxdur: "Problem əsasən sobaların istismar qaydaları pozulduğu halda baş verir. İran sobaları borudakı qaz təzyiqinə uyğundur. Ona görə narahatlığa əsas yoxdur. Sadəcə, həmin sobalardan istifadə zamanı istismar qaydaları pozulduğuna görə, xoşagəlməz hallar baş verir".

Elnarə Əliosmanqızı
AzNews.az