Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.

Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.


TQDK-dan AzNews.az-a verilən məlumata görə, imtahana buraxılış vərəqəsi iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

Burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı, onlara Yaddaş kitabçasından çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.