- Köhnə - Cəmiyyət
- 10 Avqust 2015 13:53
- 5 753
Rasimlə Cavidin valideynləri sinif yoldaşı olub...

Avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək ağır və çoxsaylı bədən xəsarətləri alan, bir gün sonra yerləşdirildiyi klinikada vəfat edən jurnalist Rasim Əliyevlə bağlı sosial şəbəkədə maraqlı məlumat paylaşılıb.
AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum jurnalist Rasim Əliyev və futbolçu Cavid Hüseynovun valideynləri sinif yoldaşı olublar.
Qeyd edək ki, jurnalistin ölümündə şübhəli bilinərək saxlanılanlar arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovun da adı çəkilmişdi.
Futbolçunun qohumlarının sözlərinə görə, bu barədə məlumatı da ona C.Hüseynovun anası Xalidə xanım verib. Cavidin qohumu bildirib ki, futbolçunun atası, şəhid Şakir Abbasov Cəbrayılın Qaracallı kəndindən, Rasimin anası isə qonşu Süleymanlı kəndindən olub. Onlar eyni məktəbdə və eyni sinifdə oxuyublar.