Televizor həyatımızın 5 ilini alır

Avstraliyalı alimlər televizora baxmağı çox sevən insanları məyus edib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, divanda əyləşib, zövqlə televizor seyr edən insanlar ömürlərini qısaldırlar.

Alimlərin qənaətinə görə, mavi ekran qarşısında keçirilən hər saat insan ömründən 22 dəqiqəni alır. 25 yaşdan yuxarı insanlar gün ərzində 6 saat televizor qarşısında əyləşəndikdə ömürlərinin 4.8 ilini fəda edirlər.

Alimlər onu da ortaya çıxarıblar ki, ömrün azalması sırf televizya ilə yox, onun yan təsirləri ilə bağlıdır. Belə ki, uzun müddət mavi ekran qarşısında əyləşən insanlarda pis vərdişlər formalaşır. Onlar siqaret çəkirlər, spirtli içki qəbul edirlər, zərərli qidalardan istifadə edirlər, passiv həyat tərzi keçirməklə tənbəlləşirlər. Bu isə ürək və qan damar sistemində problemlər yaradır və diabet kimi xəstəliklərə tutulurlar. Nəticədə isə insan ömrü azalır.

Bizdə avstraliyalı alimlərə qoşularaq televizora baxmamağı yox, az və lazımlı proqramları seyr etməyi məsləhət görürük.

Sadiq Musa
AzNews.az