Ermənilər yaxın günlərdə ilk texniki uçuşu həyata keçirəcəklər Ermənilər yaxın günlərdə ilk texniki uçuşu həyata keçirəcəklər

Xankəndi aeroportunda ilk uçuş

Ermənilər yaxın günlərdə ilk texniki uçuşu həyata keçirəcəklər



Xocalı aeroportundan ilk reys yaxın günlərdə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə "Joxovurd" qəzetinə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin "baş naziri" Ara Arutyunyan bildirib.

O qeyd edib ki, ilk uçuş texniki xarakterli olacaq, buna görə də hələlik sərnişin daşımaları barədə danışmaq tezdir.

Qəzet Ermənistan prezidenti Serj Sərkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini xatırladaraq onun öz vədinə əməl edib-etməyəcəyi ilə maraqlanıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan bildirib ki, belə bir addım planlaşdırılsa, kütləvi informasiya vasitələri həmin ərəfədə məlumatlandırılacaqlar.


AzNews.az