Yadigar Məmmədli ad günündə baba oldu: “Sevincimiz bir az da artdı”

Bu gün tanınmış jurnalist Yadigar Məmmədlinin doğum günüdür.


AzNews.az ın məlumatına görə, Y.Məmmədli 1961-ci ildə Astaranın Qapıçıməhlə kəndində dünyaya gəlib. Jurnalist 10 uşaqlı ailədə böyüyüb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Hazırda isə Demokratik Jurnalistlər Liqasının sədridir.

54 yaşını qeyd edən jurnalist doğum günü təəsüratlarını AzNews.az-la bölüşüb. O, bu gün baba olduğunu, bir qız nəvəsinin dünyaya gəldiyinin sevincini yaşadığını deyib: "Həmişə ad günümdə ailəmlə bir yerdə olmuşam. Bu il bir az fəqli oldu. Baba oldum və bu da günün sevincini bir az artırdı. Ailənin çərçivəsi bir az da böyüdü. Bilmirik ki, axşam necə və harada olacağıq. Ailədə bayram bayrama qarışıb. Yəni, ad günü təmtərağından çıxıb böyük bir şadlığa çevrilib".

Məlumat üçün bildirək ki, Y.Məmmədli bu saatlarda baba olub. Onun qız nəvəsi dünyaya gəlib.

Bahar RÜSTƏMLİ
AzNews.az