Atəşkəs yenə pozuldu

Cəbhə xəttində vəziyyət yenə gərgindir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Məlumata əsasən, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az