Bu gün ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin doğum günüdür. O, 47 yaşını qeyd edir. Bu gün ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin doğum günüdür. O, 47 yaşını qeyd edir.

Vahid Mustafayev üçün əlamətdar gün – FOTOLAR

Bu gün ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin doğum günüdür. O, 47 yaşını qeyd edir.


AzNews.az xəbər verir ki, V.Mustafayev 4 sentyabr 1968-ci ildə anadan olub. Karyerasına müxbir kimi 1988-ci ildə başlayıb və ilk GizliNəşr (Samİzdat) olan "Rokoko" adlı jurnalı əldə nüsxələnmiş aylıq dərgi kimi dərc edib. Bu, Azərbaycanın rok musiqisinə həsr olunmuş xüsusi bir dərgi olub.

Daha sonra 1989-cu ildə milli azadlıq hərəkatı fonunda Qarabağa Xalq Yardımı Komitəsi yaradılıb. V.Mustafayev bu komitənin mətbu orqanı olan "Azərbaycan" qəzetində (Baş redaktoru Sabir Rüstəmxanlı olub) Seyfulla Mustafayev və Mirşahin Ağayevlə birlikdə çalışıb.



Daha sonra üçlük 26 noyabr 1991-ci ildə Azərbaycan Xəbərlər Xidmətini (Azerbaijan News Service - ANS) yaradıb. V.Mustafayev 1991-ci ildən 1996-cı ilədək ANS şirkətlər qrupuna daxil olan bütün şirkətlərin yaranmasına və fəaliyyətinə rəhbərlik edib. 1996-cı ildən ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) şurasının sədri və prezidenti, 2001-ci ildən ANS Şirkətlər qrupu MMC-nin prezidentidir. ANS şirkətlər qrupu MMC-nin iştirakçıları olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV), ANS ÇM Yayım və Media Şirkətinin, ANS Kommers Şirkətinin və ANS PRESS nəşriyyat evi MMC-nin, habelə ANS-in əhatə dairəsinə daxil olan şirkətlərin təsisçilərindəndir və müxtəlif vaxtlarda direktoru olub.



Son illər Mustafayevin rejissorluğu və müəllifliyi ilə bir neçə maraqlı filim çəkilib. O, Azərbaycan prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunub.



AzNews.az